Bayıldan köçürülən sakinlər haqqında son məlumat (VİDEO)
25
yan
2018
14:01
Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlər müvəqqəti sığınacaqlara yerləşdirilib. BAKU.WS-in məlumatına görə, əvvəl sakinləri 49 və 51 saylı orta məktəblərdə sığınacaq verilib. Daha sonra isə sakinləri 163 nömrəli orta məktəbə köçürülüb. Məktəbdə olan İcra hakimiyyətinin nümayəndəsi əməkdaşımıza bildirib ki, onlara ailəliklə qida, su və yataq ilə təmin olunub. Məktəbdə dərslər adi qaydada olduğu kimi davam edir. Lakin, məktəbə valideynləri buraxmırlar. Sakinlərin evə qayıdacağı vaxt məlum deyil. Hazırda ərazi polis nəzarətindədir. Qeyd edək ki, sürüşmə zonasında müvafiq orqanların əməkdaşları işləyir. Bir neçə gündür bərkitmə işləri gedir. Çatların dərinliyi təxminən 15 metrdir. Qış aylarında, yağışlardan sonra Bakıda sürüşmə zonaları yenidən aktivləşir. Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. Tuncay BAKU.WS
Oxşar xəbərlər
Bayıldakı sürüşmə ilə əlaqədar 390 nəfər köçürülüb - SON VƏZİYYƏT
Ötən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah...