“Baku TV”də “Təkbətək” başlanır! - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.TV özünün yeni debat proqramına start verib.
“Təkbətək” adlanan veriliş gündəmin ən aktual siyasi-iqtisadi, sosial-ictimai mövzularını müxtəlif mövqelərin çəkişmə meydanında araşdırmaq hədəfi götürüb. Tərəfsiz və açıq mövqe ilə yanaşı, analitik və prinsipial yanaşma “Təkbətək”i debat iştirakçıları üçün əsl sınaq meydanına çevirir.
Verilişin bu gün saat 18:00-da efirə gedəcək ilk buraxılışı yeni dərs ilinin “sürprizləri”nə həsr olunub. Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehovla müstəqil ekspert Kamran Əsədov arasında baş tutan debatda sentyabrın 15-də başlanacaq yeni tədris ili öncəsi valideyn, şagird və müəllimləri ilgiləndirən xeyli maraqlı məqamlar ortaya çıxıb.
Verilişin aparıcısı məşhur DJ Teymur Əliyevdir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...