Bakının mərkəzində şəlalə axır, avtobus üzür (VİDEO)
Bakıya yağan yağış paytaxt küçələrində ciddi fəsadlara səbəb olub.
BAKU.WS-in məlumatına görə, "küləklər şəhəri" Bakı bu gün "Dənizlər kraliçası" Venesiyanı xatırladır. Şəhərə yağan intensiv yağış bir göz qırpımında paytaxt küçələrini keçilməz hala gətirib. Nə avtomobillə, nə də piyada Bakının yağışı ilə mübarizə aparmaq artıq imkansız hala çatıb.
Bu gün yağışın kiçik oyunu şəhər sakinlərini çətin bir sınaqdan keçməyə məcbur etdi. Avtobuslara dolan yağış suyu, həyət evlərinin kandarına kimi yüksələn su sakinlər üçün səhər sürprizi olub.
Qeyd edək ki, martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Şahin Həbibov BAKU.WSOxşar xəbərlər
Bakıya yağan yağış yolları iflic etdi (FOTO)
Bakıya və ətraf royanlara yağan intensiv yağışlar ciddi fəsadlara səbəb olub. BAKU.WS-in məlumatına görə, yağışın şiddətini artırması yollarda gölməçələrin ya...