Bakıya qanunsuz sərnişin daşıyanlar saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərindən Bakı və Abşeron rayonuna qanunsuz fəaliyyət göstərən, dezinfeksiya olunmayan marşrutlarla bağlı reyd keçirilib.
BAKU.WS BAKU TV-yə istinadən xəbər verir ki, reyd Sumqayıt şəhərinin Sülh prospektində, 17-ci mikrorayon və digər ərazilərdə aparılıb.
Qanunsuz sərnişin daşıyan avtobuslar, həmçinin, dezinfeksiya olunmayan nəqliyyat vasitələri saxlanılıb.
Sərnişinlərə yalnız avtovağzallardan Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə olunub.
Reydlərin mütəmadi olaraq təşkil olunması nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusun yayılmasına qarşı etibarlı sədd yaradılır - FOTO
Çinin Uhan vilayətində aşkarlanan və qısa zamanda bir sıra ölkələrə yayılan koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı qabaqlayıcı tədbirlər aparılır. Bu çərçiv...