Bakıda YPX qayda pozur, sonra eyni səhvə görə sürücüləri cərimələyir - VİDEO
20
sen
2019
11:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazı olduqlarını bildiriblər.BAKU.WS Yeniavaz.com-a istinadla xəbər verir ki, xüsusilə gecə vaxtı və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır.YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə quraşdırılmadığı bilinmir. Ancaq bilinən bir məsələ var ki, körpünün o biri tərəfində dayanan YPX əməkdaşları gün ərzində bir çox avtomobilə həmin yerdə cərimə tətbiq edirlər."Avtostop" layihəsinin rəhbəri Tural Yusifov mövzu ilə bağlı bildirdi ki, boya ilə çəkilən dairəvi yollar qanunsuzdur:"Yerə dairə çəkməz olmaz. Orda həmçinin körpünün altında ikitərəfli yol düzəldiblər DYP həmin yerdə "mini London" yaradıb. Körpünün altına girdikdən sonra sol tərəf əvəzinə sağ tərəflə gedirsən. Elə hərəkət təşkil etmək olar?".
Oxşar xəbərlər
Azərbaycanda sürücüləri təhlükəyə atan yol nişanı - VİDEO
Bakı-Qazax yolunda nişanlar arasında ziddiyyət sürücülərə təhlükə yaradır.BAKU.WS xəbər verir ki, bu barədə sürücülərdən biri "report"a məlumat verib.Belə ki, B...