Bakıda qeyri-adi bərpa üsulu - VİDEO

Bakıda qeyri-adi bərpa üsulu - VİDEO
Video
Video 392

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yolun ortasında yaranan çuxur nəqliyyatın hərəkətinə mane olur.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, yaşayış olan binaların qarşısında yolun ortasında yaranan problem aradan qaldırılmır:

“Yaxınlıqda, cəmi 300 metr aralıda bələdiyyənin binası yerləşir. Problemi həll etmək isə heç kimin ağlına gəlmir.

Çuxuru doldurmaq üçün içərisinə yeşik, müxtəlif tullantılar atılıb. Bu da axşam saatlarında piyadaların hərəkətinə təhlükə yaradır. Nəqliyyat vasitələrinə isə ciddi ziyan dəyir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər