Bakıda parkda gecələyən ailə ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ev sahibi tərəfindən küçəyə atılan ailənin görüntüləri yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, onkoloji xəstəlikdən əziyyət çəkən qadın, üç uşağı və anası ilə birlikdə küçədə, parklardan birində gecələməli olub.
Ailənin görüntüləri sosial şəbəkələrdə yayılıb və polis əməkdaşları tərəfindən dərhal tədbir görülüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən küçədə gecələyən ailə nəzarətə götürülüb.
Ailə üzvlərindən bir nəfər müalicə almaq üçün müvafiq xəstəxanaya, azyaşlılar isə aidiyyəti dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə sığınacağa yerləşdiriliblər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...