Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçan 20 yaşlı tələbə kimdir? - DETALLAR - VİDEO
Ötən gün paytaxtın müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü Rauf Cabbarbəyli bu gün məhkəmə qarşısına çıxarılacaq.
BAKU.WS-in məlumatına görə, ardınca gənc sürücü barəsində qərar qəbul olunacaq.
Nəzərinizə çatdıraq ki, Rauf Cabbarlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin üçüncü kurs tələbəsidir.
Universitetin mətbuat katibi Bəhruz Nəzərov BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin tələbə orta qiymətlərlə təhsil alır:
"Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texdnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub. Hər bir kurs üzrə smestr boyu kərsi olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməyib. Bu tələdə hal-hazırda təhsil aldığı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb.
Bəs görəsən, gələcəkdə tələbənin başqa belə hadisədə adı hallanarsa onunla bağlı universitet tərəfindən tədbir görüləcəkmi?
"Universitetdə tələbələrə təhsil verməklə yanaşı həm də təlim-tərbiyə ilə bağlı işlər də görülür. Hərbi vətənpərvərlik mövzusunda söhbətlər edilir, müxtəlif tədbirlər keçirilir. Gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif imkanlar yaradılır. Amma tələbələrin bu məşğuliyyətlərdən istifadə edib-etməməsi tamamilə tövsiyə xarakterlidir. Universitetin hazırda 17 000-dən artıq tələbəsi var. Onların təhsil ocağından kənar fəaliyyətinə Universitet nə edə bilər ki?", - B.Nəzərov bildirib.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...