Bakıda maşını arxa-arxaya sürən 20 yaşlı tələbə Maştağa ruhi əsəb dispanserinə salınıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçmağa çalışan, daha sonra isə yol nəqliyyat hadisəsi törədən 20 yaşlı sürücü barədə məlumat vermişdik. Ötən gün həmin gənc oğlan Rauf Cabbarbəylinin məhkəməsi baş tutub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, sürücü məhkəmənin qərarı ilə Maştağa ruhi əsəb dispanserinə yerləşdirilib.
Onun psixoloji problemləri olduğundan bu addım atılıb və nəticədə sürücüyə həbs cəzası verilməyib.
Qeyd edək ki, Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya Texnologiya fakültəsinin üçüncü kurs tələbəsidir. O, bir neçə gün əvvəl avtomobili arxa-arxaya idarə edərək qalmaqala səbəb olmuşdu.
Oxşar xəbərlər
Bakıda maşını arxa-arxaya sürərək polisdən qaçan 20 yaşlı tələbə kimdir? - DETALLAR - VİDEO
Ötən gün paytaxtın müxtəlif küçə və prospektlərində avtomobili arxa-arxaya idarə edərək təhlükəli vəziyyət yaradan və sonda yol nəqliyyat hadisəsi törədən 20 ya...