Bakıda koronavirus riskini artıran görüntülər - "190 manat" davası - VİDEO

Bakıda koronavirus riskini artıran görüntülər - 190 manat davası - VİDEO
Video
Video 2389

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda karantin elan edilsə də Sabunçu rayon mərkəzi poçtu 190 manat yardımı insanlara karantin qaydalarına əməl etmədən, bu qaydalara tam zidd şəkildə ödəyib.

BAKU.WS anews.az-a istinadla xəbər verir ki, insanlar arasında 1,5 metrlik ara məsafə gözlənilməyib, həmçinin poçt idarəsi adamların əllərini dezinfeksiya edəcək məhlullarla təmin edilməyib.

Kiçik bir otaqda onlarla insanın toplaşması isə koronavirusun yayılma ehtimalını artırır.

Sosial məsafəni qorumayan və buna nəzarət etməyən poçt əməkdaşları vətəndaşlara etiraz etməklə kifayətlənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər