Bakıda koronavirus daşıyan avtobuslar - İynə atsan, yerə düşməz - VİDEO

Bakıda koronavirus daşıyan avtobuslar - İynə atsan, yerə düşməz - VİDEO
Video
Video 351

İctimai nəqliyyatdakı sıxlıq vətəndaşlara hansı çətinliklər yaradır?

BAKU TV əməkdaşı bu sualın cavabını tapmaq üçün paytaxtda fəaliyyət göstərən avtobuslardakı vəziyyəti yerində müşahidə edib.

Səhər saatlarında dayanacaqlarda yaranan sıxlıq virusun təməlidir. Sərnişinlər də bu sıxlıqdan gileylənir. Bildirilir ki, avtobuslarda vəziyyət çox əlverişsizdir.

BAKU TV əməkdaşı 25 nəfər tutumu olan avtobusa minməyə çalışıb və real vəziyyəti izləyicilərə göstərib.

Avtobusda iynə atsan, yerə düşməz. İnsanlar da elə bu sıxlıqdan şikayətlənirlər.

Ümid edirik ki, metro açılandan sonra avtobuslardakı bu sıxlıq aradan qalxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər