Bakıda keçirilən toyda Argentina-Fransa matçı nümayiş olundu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən dünya çempionatının final oyunu ölkəmizdə də böyük maraqla qarşılanıb.
BAKU.WS xəbər verir ki, paytaxt restoranlarında keçirilən toy məclislərində bir ilk yaşanıb.
Belə ki məkanlardan birində baş tutan toy dayandırılıb və Argentina ilə Fransa yığmaları arasında keçirilən dünya çempionatı nümayiş olunub.
Digər bir toy məclisi isə futbol matçının şadlıq sarayındakı ən böyük monitorda göstərilməsi ilə böyük marağa səbəb olub.
Lentə alınan videolar sosial platformalarda yayılaraq gündəm olub.
Xatırladaq ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.
BAKU.WS həmin görüntüləri təqdim edir:
Oxşar xəbərlər
Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ƏN SƏS-KÜYLÜ TOYLARI - FOTO/VİDEO - SİYAHI
Şou aləmi 2022-ci ildə həm də çal-çağırı ilə yadda qaldı. Demək olar ki, bu ilin hər ayı məşhurların övladlarının xeyir işi oldu. Kimi oğlunu evləndirdi, kimi q...