Bakıda dördəm dünyaya gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda xəstəxanaların birində dördəm dünyaya gəlib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, tibb müəssisələrindən birində dünyaya gələn körpələrdən üçü oğlan, biri isə qızdır.
Həkimlərin sözlərinə görə, körpələrin ən böyüyünün çəkisi 1 kq. 140 qr, ən kiçiyinin çəkisi isə 1 kq. 100 qramdır. Ananın və uşaqların vəziyyəti normaldır.
Uşaqları dünyaya gətirən 30 yaşlı qadın Zaqataladandır. Bu, onun ilk hamiləliyi olub. Körpələr qeysəriyyə əməliyyatı ilə 33-cü həftədə doğulublar.
Körpələrin 20 günə yaxın xəstəxanada qalacağı bildirilir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...