Bakıda Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə hücum pislənilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Məşədi Dadaş Məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.
BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vaizliyi ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.
Onun sözlərinə görə, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm islam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır:
"Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hislərin istismar edilməsidir. O insanların nə dini, nə məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...