Bakıda binalardakı çənlər sökülür, əraziyə polis cəlb edildi - VİDEO
30
okt
2019
11:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yaşayış binalarında qoyulan su çənləri sökülür.Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Verilən məlumata görə, General Səməd bəy Mehmandarov küçəsində yerləşən binalarda qoyulan su çənləri sökülür.Bildirilir ki, “JEK” işçiləri sakinlərin razılığı olmadan su çənlərini sökməyə başlayıblar. Bu azmış kimi sakinlərdən zəhmət haqqı kimi 30 manat da tələb edirlər.Üstəlik su çənlərinin sökülməsi zamanı bütün təhlükəsizlik tədbirləri pozulub. Ətrafı su basıb.Sakinlər buna etiraz etməyə başlayıblar. Əraziyə polis çağırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakı-Astara yolunu qara tüstü bürüdü - VİDEO
Bakının Qaradağ rayonunda qara tüstü ətrafı bürüyüb.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, Bakı-Astara yolunda g...