Bakı-Astara yolunu qara tüstü bürüdü - VİDEO

26
sen
2019
16:52
Bakının Qaradağ rayonunda qara tüstü ətrafı bürüyüb.Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.Bildirilir ki, Bakı-Astara yolunda güclü yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yolda sıxlıq yaranıb.Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, yanğın Bakı-Astara yolunda təkər tullantıları yığılan ərazidə qeydə alınıb.Əraziyə yanğınsöndürənlər cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb, yanğının söndürülməsi istiqamətində çalışırlar.
Oxşar xəbərlər
“Malakan” bağındakı kafedə yanğın - VİDEO
Bakının Səbail rayonunda yanğın baş verib.Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.Verilən məlumata görə, “Malakan” bağında, “Exspress” adlı kafedə...