Bakıda bina söküntüsü ilə bağlı şirkətdən AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində qəzalı vəziyyətdə olan 16 saylı binanın sakinləri tam olaraq köçürülüb və yerində yeni, müasir binanın inşası məqsədilə söküntü işlərinə başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “oxu.az”a “Ailə Park” MTK-dən məlumat verilib.
Bildirilib ki, söküntü zamanı bütün təhlükəsizlik tədbirlərinə əməl olunur:
“Həmin ərazi yenidən hasarlanıb, təmizlik işləri aparılıb və hərəkət bərpa olunub. Bundan sonra daha ciddi təhlükəsizlik tədbirləri həyata keçiriləcək”.
***16:16
Bakının Nərimanov rayonu ərazisində, 5 saylı Şəhər Klinik Xəstəxanası ilə üzbəüz yerləşən yaşayış binasında söküntü işləri pərakəndə və təhlükəsizlik tədbirləri görülmədən aparılır.
BAKU.WS “news24.az”a istinadən xəbər verir ki, həmin yoldan istifadə edən insanlar buna görə qorxu və narahatlıq hissi keçirir.
Bununla bağlı görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...