Bakı-Sabunçu qatarı işə düşdü - VİDEO
04
iyn
2019
08:05
Bir müddət öncə rəsmi açılış mərasimi ilə ictimaiyyətə təqdim olunan Baku-Sabunçu dəmiryolu bu gündən vətəndaşlara xidmətə açılıb.Bu istiqamətə gedən vətəndaşlar yeni xəttin istifadəyə verilməsi ilə vaxta, eləcə də ciblərinə qənaət etdiklərini bildirirlər. Beləki, qatar Sabunçuya qədər olan məsafəni cəmi 15 dəqiqəyə qət edəcək.Bakı-Sabunçu qatarı hərəkət cədvəlinə əsasən gündə 12 dəfə hərəkət edəcək. Bu istiqamətdə qatarlar təkcə şənbə, bazar və bayram günləri işləməyəcək.Onu da qeyd edək ki, Baku-Sabunçu sərnişin qatarı xəttində ancaq İsveçrənin Ştadler qatarları hərəkət edəcək. Qatar ən müasir oturacaqlarla, eləcə də kondisioner sistemi ilə tam təchiz olunub. Bu istiqamətdə ekonom klass vaqonlarda getmək üçün gediş haqqı 50 qəpik həcmində müəyyən olunub.
Oxşar xəbərlər
Bakı-Sabunçu marşrutu üzrə elektrik qatarı təyin edilib - CƏDVƏL
İyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şö...