Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu - VİDEO
22
may
2019
08:42
"Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda qiymət 50 qəpik olaraq müəyyənləşdirilib".BAKU.WS xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AZTV-nin efirində bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə avtobuslar 60 qəpiyə xidmət göstərir:"Biz bu qiymətə baxdıq və təqribi 50 qəpik miqdarında müəyyənləşdiririk. Ən müasir qatarlardır. İçərisində hər cür şərait var. İstifadə edənlər yəqin ki, görüb qiymətləndirəcək. Sabunçudan Bakı stansiyasına birbaşa reys olarsa 12 dəqiqəyə çatacaq. Əgər digər stansiyalarda da dayanarsa, o zaman isə stansiyaya çatmaq üçün 15 dəqiqəlik vaxt lazım olacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev marketdə ərzaqların qiymətləri ilə maraqlandı - VİDEO
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin –...