Bakıda yol kənarına quraşdırılan günəş panellərinin son vəziyyəti (VİDEO)

Bakıda yol kənarına quraşdırılan günəş panellərinin son vəziyyəti (VİDEO)
Video
Video 1664
Qaradağ rayonu ərazisində yol kənarına quraşdırılan günəş panelləri yararsız vəziyyətdədir. BAKU.WS-in məlumatına görə, Elçin Abbasov adlı vətəndaş günəş panelləri ilə bağlı acınacaqlı vəziyyəti göstərib. Vətəndaş həmin ərazidə olan panellərin işlək vəziyyətdə olub olmamasını yoxlayıb və məlum olub ki, ümumiyyətlə qurğular quraşdırılmayıb. Toz basmış panellər yol kənarında yavaş-yavaş sıradan çıxır. Qeyd edək ki, Samux rayonunda və Bakı şəhərində Qaradağ, Sabunçu və Pirallahı rayonunda günəş elektrik stansiyaları, Masallı və Beyləqan rayonlarında enerji təchizatı bərpa olunan enerji mənbələri hesabına ödənilən idman kompleksləri, ölkənin ayrı-ayrı regionlarında yerləşən 24 sosial obyektdə günəş panelləri və istilik nasosları quraşdırılıb. Günəş panelinin quraşdırılmasında məqsəd alternativ enerji əldə etməklə etibarlı elektrik ötürmə sisteminin yaradılması idi. Özünü Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndəsi kimi təqdim edən Gündüz adlı şəxs bildirib ki, həmin stansiya tikilməkdə olan stansiyadır: "Çəkiliş stansiyanın işləməyən hissəsində quraşdırılan paneldə çəkilib. Vətəndaşın həmin əraziyə daxil olması cinayətdir".Abbas BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda YENİLİK: Günəş batareyalı bel çantası hazırlandı

Azərbaycanda YENİLİK: Günəş batareyalı bel çantası hazırlandı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə...

974 İqtisadiyyat 20:40 07 mart 2018

Son xəbərlər