Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib
16
okt
2026
21:21
Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.
Bildirilib ki, readmissiya Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
O da bildirilib ki, sentyabr ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı DMX tərəfindən 144 qərar qəbul edilib.
Oxşar xəbərlər
Minimum əməkhaqqı artacaq?
Azərbaycanda minimum əməkhaqqının artırılması məsələsi yenidən gündəmdədir. Əmək Məcəlləsinə bu il edilən dəyişiklik minimum əməkhaqqına ildə ən azı bir dəfə ye...