Günəşdə güclü partlayış – Alimlər təşviş içində
06
sen
2017
21:29
Bu gün Günəşdə iki iri ləkə qrupunun birləşməsi nəticəsində son 12 il ərzində ən böyük partlayış baş verib.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Lebedev adına Fizika İnstitutu məlumat yayıb.“Bu cür hadisələr çox nadir hallarda - Günəş aktivliyinin pik həddində baş verir. Lakin ən maraqlısı odur ki, hazırda Günəş aktivliyi minimum səviyyəsindədir. Alimlər bunun necə baş verdiyini dəqiq araşdırmalıdırlar”, - məlumatda deyilir.Qeyd edək ki, Günəş partlayışları beş növə bölünür: A,B, C, M və X. Bugünkü partlayış X növünə aid edilib - Günəş səthində indi qədər qeydə alınan ən böyük partlayışlardan biridir. Alimlərin sözlərinə görə, bu partlayışın Yerə təsiri çox güclü olacaq.BAKU.WS
Oxşar xəbərlər
Bakıda insanları təşvişə salan kütləvi xəbərdarlıqla bağlı RƏSMİ AÇIQLAMA
Son iki gündür ki, sosial şəbəkələrdə Yer kürəsində güclü geomaqnit qasırğa olacağı ilə bağlı məlumatlar yayılır. BAKU.WS-in məlumatına görə, sürətlə yayılan me...