Bakıda tələbələrin rahatlığı üçün İLK ADDIM – VİDEO

04
sen
2018
15:04
Bakı Nəqliyyat Agentliyi məlumatlandırma xarakterli daha bir videoçarx hazırlayıb.Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib.Onun sözlərinə görə, yeni tədris ilinin başlanması ərəfəsində təqdim edilən videoçarxda Bakı şəhərində yerləşən bütün ali məktəblərinin yerləşdiyi ünvanlar və həmin ərazidən keçən müntəzəm marşrut xətləri ilə bağlı məlumatlar yer alıb.Videoçarxın hazırlanmasında məqsəd, tələbə adını yeni qazananların qəbul olduqları ali məktəbə ictimai nəqliyyatdan istifadə etməklə getməsini asanlaşdırmaqdır.Bakı Nəqliyyat Agentliyi bu il tələbə adını qazanan hər kəsi təbrik edərək müvəffəqiyyətlər arzu edir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu yollardan rahat keçmək olacaq – SİYAHI
Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.Bakı Nəqliyyat Agentliyi mətbuat katibi M...
