Bakıda bu yollardan rahat keçmək olacaq – SİYAHI

Bakıda bu yollardan rahat keçmək olacaq – SİYAHI
Hadisə 978
Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, bu çərçivədə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda bu yollarda svetoforların vaxt planlarında dəyişiklik edilib - FOTO

Bakıda bu yollarda svetoforların vaxt planlarında dəyişiklik edilib - FOTO

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu svetoforla...

1275 Sosial 15:10 07 avqust 2018

Son xəbərlər