Bakıda stolu 250 manat olan şadlıq evləri – VİDEO
14
iyl
2018
11:28
Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır. Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bu cəmiyyətdə birmənalı qarşılanmır.Bildirilir ki, bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.Ə. Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var.Restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.BAKU.WS
Oxşar xəbərlər
Ramazan ayı ərzində toy etmək olarmı? - VİDEO
Ramazan ayının başlaması ilə şadlıq evlərinə toy üçün müraciət edənlər demək olar ki yoxdur. İlahiyyatçılar isə bildirir ki, islam dinində Ramazan ayında toy et...