Bakıda solmuş çəmənliklər rənglənir (VİDEO)

Bakıda solmuş çəmənliklər rənglənir (VİDEO)
Video
Video 1455

 

Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb.

BAKU.WS musavat.com-a istinadən bildirir ki,yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən "Bakı Abadlıq Xidməti" MMC iki gündür bu işlə məşğuldur. MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir. Bu hadisə bir müddət əvvəl Türkiyədə baş verən maraqlı hadisənin demək olar ki, eynisidir.

Xatırladaq ki, Türkiyənin İzmir şəhərində dövlət əhəmiyyətli binanın açılışı zamanı bələdiyyə rəhbərliyinin göstərişi ilə yaxınlıqda olan daşlar, dağ yamacları yaşıl rəngə boyanmışdı. Bələdiyyə sədrinin bu addımı həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olmuşdu. İndi isə bənzər hadisə Azərbaycanda qeydə alınıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda yeni metro stansiyalarının inşasına başlanılır

Bakıda yeni metro stansiyalarının inşasına başlanılır

Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncü...

2358 Sosial 13:45 23 dekabr 2016

Son xəbərlər