Bakıda parkomatlar yığışdırılır - VİDEO
17
yan
2019
08:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq paytaxtdakı parkomatların söküntüsünə başlanılıb. Söküntü şəhər ərazisindəki müxtəlif küçə və prospektlərdə həyata keçirilib.Parklanma nəzarətçilərinə isə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən möhürlü vəsiqələr verilib. Onlar parkomatların hansı qurum tərəfindən söküldüyünü bilmədiklərini dedilər.Parkomatların hansı qurum tərəfindən söküldüyünü öyrənmək cəhdimiz isə baş tutmadı. Bakı Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, parkomatlar və onlarla bağlı bütün səlahiyyətlər ötən ilin aprel ayından qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Bu səbəbdən də söküntü işlərindən xəbərsizdirlər. Bakı Nəqliyyat Agentliyindən isə əksini bildirdilər. Dedilər ki, yerüstü parklanma yerləri hələ onlara təhvil verilməyib. Parkomatlar da onların əməkdaşları tərifindən sökülmür. Belə vəziyyətdə sual açıq olaraq qalır: Bəs parkomatları kim sökür?BAKU.WS
Oxşar xəbərlər
Paytaxtda parkomatlar LƏĞV EDİLİR – VİDEO
Bakı Nəqliyyat Agentliyi paytaxtda parklama yerləri və parkomatlarla bağlı yeni layihə hazırlayır. ARB TV xəbər verir ki, köhnə parkomatların söküləcəyi və əvəz...