Bakıda Şaxta babadan alqışa layiq addım (VİDEO)
28
dek
2018
08:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 25 yaşlı bir gənc nümunəvi addım atıb. O, şaxta baba palatarı geyinərək öz hesabına Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyli günü münasibəti ilə yolda çalışan təmizlik işçilərinə bayram hədiyyəsi paylayıb.Bayram münasibətilə Ramal Şəmşədli və dostları xeyirxah aksiyaya başlayıblar. Onun sözlərinə görə, bu addımı atmaqda məqsədləri bayram ərəfəsində yolda təmizlik işçilərinin sevindirmək olub. Onlar müxtəlif məhsullar alaraq avtomobilə yığıb, yol boyu təmizlik işçilərinə hədiyyələr paylayıblar. Məhsulların alınmasına isə o, 2 min manat pul xərcləyib.Alınan hədiyyə paketlərində gündəlik istifadə olunan məhsullar olub.Ramal Şəmşədlinin sözlərinə görə, bu aksiyanı Novruz bayramında da davam etdirəcək. Artıq onun bu aksiya təşəbüsünə bəzi müğənnilər də qoşulub.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov Yeni illə bağlı ƏMR İMZALADI
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2018-ci il dekabrın 29-dan 2019-cu il yanvarın 3-dək respublika daxili işlər orqanları...