Bakıda alqışa layiq addım: kimsə nisyə dəftərlərindəki borcları silir

23
fev
2018
09:44
Bakıda xeyirxah addım sosial şəbəkələrdə böyük marağa səbəb olub. BAKU.WS-in məlumatına görə, kimliyi məlum olmayan xeyirxah insan paytaxtda mağazalara, dükanlara, un və un məmulatları bişirilən sexlərə girib nisyə dəftərlərindəki bütün pulları ödəyirlər. Bu hal artıq bir neçə dəfə təkrarlanıb. Bu nümunəvi addım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Qeyd edək ki, Bakıda və rayonlarda tez-tez buna oxşar hallarla rastlaşırıq. Xüsusilə, şəhid ailələrinə və onların övladlarına bəzi mağazalarda və xidmət sahəsində ödəniş tələb edilmir. NazimBAKU.WS
Oxşar xəbərlər
Bakıda restoranın Afrin şəhidləri ilə bağlı addımı türkləri duyğulandırdı (FOTO)
Bakıda restoranlardan birində edilmiş jest böyük marağa səbəb olub.BAKU.WS-in məumatına görə, sosial şəbəkələrdə paylaşılan fotonun üzərində bu qeyd yazılıb: "Q...