Azyaşlıların qonşularına etdiyi hörmətsizlik gündəm oldu - VİDEO

Azyaşlıların qonşularına etdiyi hörmətsizlik gündəm oldu - VİDEO
Video
Video 1561

Daxili İşlər Nazirliyi (DİN) azyaşlıların qonşularına qarşı etdiyi hörmətsizliyə münasibət bilidirib.

Nazirliyin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov BAKU.WS-ə açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.

Nəticəsi barədə məlumat veriləcək

***

Azərbaycanda azyaşlılar qonşularına qarşı hörmətsizlik ediblər. Onlar zarafatla alt mərtəbədə yaşayan qonşunun asqıdakı paltarlarını çirkləndiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Kadrlarda binada yaşayan azyaşlıların qonşunun geyimlərinə pomidor sousu atdığı anlar əks olunub.

Uşaqları Tik-tok sosial şəbəkəsində çoxlu "layk" yığmaq üçün belə bir video çəkmək qərarına gəliblər.

Digər sosial platformalarda yayılan görüntülər böyük əks-səda doğuraraq narazılığa və tənqidlərə səbəb olub.

Videonun hansı bölgədə çəkildiyi isə hələlik bilinmir.

BAKU.WS sözügedən görüntüləri təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər