Azərbaycanlı gənclərdən insanları xilas edəcək yenilik (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
İsti yay günlərində insanlar sərinləmək üçün dənizə, hovuza üz tutsalar da, bir qorxu həmişə qalır. Söhbət suda boğulmaq qorxusundan gedir.
Azərbaycan gəncləri bu məsələyə rahat bir çözüm tapıblar. Onların düşünüb hazırladığı «swimsos» adlanan şortlar təhlükəni önləyəcək. Yeniliyin müəllifləri Elşən Zeynalov və Səməd Xanməmmədlidir.
İPİ ÇƏKİNCƏ...
Bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır.
Elşən Zeynalov uşaq vaxtından boğulma xofu yaşadığını deyir. O, yeniliyin hazırlanmasında bu xofun rolunu danmır.
«AZƏRBAYCAN MƏHSULU XİLAS EDİR»
Şortlar qlobal bazardan ötrü düşünülüb. Müəlliflərin sözlərinə görə, məhsulun əsas fərqi onun rahatlığıdır. Üzən adam üstündə əlavə nəsə daşımalı olmur.
Elşən Zeynalov məhsulun dünyada böyük maraq doğuracağına inanır: «Təsəvvür edin ki, Azərbaycan məhsulu hansısa bir ölkənin vətəndaşlarını boğulmaqdan qurtarır. Bu, çox fərqli duyğudur».
Şortun qiyməti 60-70 dollar arasında olacaq.
Azadlıq
BAKU.WS
Oxşar xəbərlər
Namus üstündə məmur oğlunun başını kəsən gəncdən xəbər var
Bu gün Bakı Apelyasiya Məhkəməsində Elşən Nəsirovun barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. BAKU.WS teleqraf.co...