"Azərsu" əhaliyə müraciət etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yay mövsümündə vətəndaşların bir qismi şəhərdən bağ evlərinə köçdüyündən, eləcə də bölgələrə və xaricə istirahətə getdiyindən müəyyən müddət mənzillərdə yaşayış olmur.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin abonentlərinə müraciətində bildirilir.
Qurum bəyan edib ki, bu zaman sudan ya, ümumiyyətlə, istifadə edilmir, ya da qismən istifadə olunur. “Azərsu” ASC-nin əməkdaşları mənzilin və həyət evlərinin daxilindəki sayğaca baxış keçirib oxuma etmək istədikdə qapı bağlı olduğundan sayğacın real sərfiyyatına uyğun deyil, son 12 ayın orta sərfiyyatına uyğun bildiriş çap olunur. Sonradan evinə dönən abonentlər artıq borcun yaranmasından narahat olur, bununla bağlı “Azəsu”ya, cəmiyyətin yerli bölmələrinə çoxlu şikayət və müraciət edilir.
Sonradan bu qeyri-dəqiqlik həll olunur, sayğacın real sərfiyyatına uyğun dürüstləşmə aparılır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...