"Azərişıq"dan YENİ AÇIQLAMA - VİDEO

Azərişıqdan YENİ AÇIQLAMA - VİDEO
Video
Video 345

"Azərişıq" ASC-nin qəza xidməti qeyri-sabit hava şəraitində 24 saat fasiləsiz iş başındadır.

BAKU.WS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Ən ucqar dağlıq ərazilərdə belə qarlı şaxtalı havada abunəçilərimizə xidmətdən qürur duyuruq!” - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 19-dan 21-nə qədər ölkə arazisində hava şəraitinin qeyri-sabit keçəcəyini bəyan etmişdi. Bununla bağlı səhmdar cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib və əlavə tədbirlər görüb.

Belə ki, “Azərişıq” rəhbərliyinin tapşırığı ilə növbətçilik sistemi təşkil olunub, ərazilərə əlavə mal-material, maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər