Azərbaycanda yeni QADAĞA tətbiq ediləcək - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.
BAKU.WS xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Xəzər TV-yə bu barədə bildirib. Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq.
Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.
Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyə edib.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...