Azərbaycanda vayner və bloggerlər necə pul qazanırlar? – VİDEO

Azərbaycanda vayner və bloggerlər necə pul qazanırlar? – VİDEO
Video
Video 844

Onlar həyatımıza instagram yarandıqdan sonra daxil oldular desək yanılmarıq. Ya da ki onların tanınmasında İnstagram əsas rol oynadı.

Söhbət bloggerlər və vaynerlərdən gedir. Hansı ki, onlar müəyyən mövzularda videolar çəkir, bloglar hazırlayırlar və yetəri qədər də izləyici sayı toplaya bilirlər. Son dövrlərdə isə bu işə əməlli-başlı biznes kimi baxanlar da var.

Cəmiyyətin nümayəndələrinin hər birinin bu insanlara qarşı fikirləri eyni deyil. Bəziləri onları daha asan yolla pul qazanmaqda günahlandırırlar.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Mənsur Şərif – Aktyor, vayner: “Əlbəttə ki, bizim də iş əziyyətlidir, yəni burada oturub ideyalar fikirləşirsən. Bilirsiniz, efirlə sosial şəbəkənin bir fərqi var, efirdə insanlar fikir bildirə bilmir, amma sosialda bizim çəkdiymiz videolarda insanlar fikir bildirə bilir və sən orada o qədər ölçüb biçməlisən ki, hər bir insanın zövqünü oxşamalısan, orada sənə mənfi fikir gəlməməlidir”.

Sakin: “Milyonlarla insan əziyyətlə, zəhmətlə pul qazanır, onlar isə daha rahat yolla pul qazanırlar. Əslində mən onları qınaya da bilmərəm. Sadəcə onlar heç vergi ödəyicisi belə deyillər və bizdən daha çox imtiyaza sahibdirlər. Biz isə bu vəziyyəti sadəcə olaraq seyr edirik”.

Sakin: “Tanıdığım blogger var, amma onları məxsusi olaraq izləmirəm”.

Lakin vayner bildirir ki, kimin Youtube kanalı varsa, onlar qazana bilir, instagram üzərindən elə də böyük qazanclar olmur.

Mənsur Şərif – Aktyor, vayner: “İnstagram üzərindən qazanc yoxdur, ancaq restoran, obyekt, məkan reklamları olanda beşdən, üçdən qazancımız olur”.

Bəs bu insanlar ölkəmizdə vergiyə cəlb olunurmu?

Fərid Pərdəşünas – Texnoblogger: “İstər bloggerlər, istər influenserlər belə bir əsas gətirirlər ki, internetdə qanunvericilik tənzimlənmir, reklam haqqında qanunvericilik interneti tənzimləmir. Ona görə onlar çalışırlar ki, vergidən yayınsınlar. Onlara sual verəndə ki, niyə vergi ödəmirsiniz və yaxud da rəsmi fəaliyyətiniz var ya yox, belə əsas gətirirlər ki, bəs Azərbaycanda bu tənzimlənmir”.

Sahə mütəxəssisləri bildirir ki, əgər hər hansı bir şəxs influenser və ya blogger kimi fəaliyyət göstərirsə, onun ən azından fiziki şəxs kimi vöeni, dövlət qeydiyyatı olmalıdır.

Fərid Pərdəşünas – Texnoblogger: “Bu əsasla da siz hər hansısa bir müştəridən, bir şirkətdən sifariş qəbul etdikdə onlara rəsmi surətdə ödəniş olunması üçün e-qaimə göndərməlisiniz. E-qaimədə isə fəaliyyət növü olaraq internet üzərində reklamı seçməlisiniz, yəni bu vergilər nazirliyin qanunvericiliyində var”.

Burada şirkətlərin də üzərinə məsuliyyət düşür, çünki onlar öz balanslarından, öz mühasibatlığından pul məxaric edəndə bunu rəsmi formada göstərməlidir. Əslində bunun şirkətlərə də xeyri var, çünki pulu rəsmiləşdirib məxaric edə bilirlər.

Qeyd edək ki, qardaş ölkə Türkiyədə artıq internet üzərindən reklam edən hər bir influenser 15 faiz vergi ödəyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər