Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - VİDEO
Hazırda Azərbaycanda koronavirus xəstəliyi yoxdur.
BAKU.WS ATV.az-a istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının sözlərinə görə, hələlik ölkəmizdə bu virusun daşıyıcısı aşkarlanmayıb.
O həmçinin bildirib ki, əgər xəstəlik ölkəmizə gələrsə, onu aşkarlaya biləcək test nümunələrimiz var.
Qeyd edək ki, Çində koronavirus qurbanlarının sayı 2663-ə çatıb, 27,2 mindən çox insan sağalıb. Çində sutka ərzində 71 nəfər ölüb, təxminən 2,6 min nəfər xəstəxanadan evə yazılıb. Ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77,6 mini ötüb.
Oxşar xəbərlər
Baş infeksionistdən koronavirusla bağlı XƏBƏRDARLIQ
Azərbaycanda Çindən saytlar vasitəsilə müxtəlif mallar alan insanların sayı getdikcə artır. Lakin koronavirus təhlükəsi yaranandan insanları düşündürən ən əsas...