Azərbaycan Ordusunun döyüş maşınları heyətlərinin yarışı keçirilir - VİDEO
01
noy
2021
14:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı PDM-2, PDM-3 və ZTR-82A heyəti” adı uğrunda yarış keçirilir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin döyüş hazırlığını yüksək səviyyədə saxlamaq məqsədilə keçirilən yarış dörd mərhələdən ibarətdir.
Fiziki hazırlıq, atəş hazırlığı və sürücülük üzrə tapşırıqları icra edən hərbi qulluqçular, yarışın qaydalarına uyğun olaraq fərdi və heyət şəklində normativləri də yerinə yetirirlər.
Yarış noyabrın 4-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Əlahiddə Ümumqoşun Orduda hava hücumundan müdafiə üzrə kompleks məşq keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...