“Arzunun vaxtı” verilişindən sonra aztəminatlı ailəyə ev tikilir - VİDEO

Astaranın Tüləgüvan kəndində yaşayan Allahverdiyevlər ailəsi sevinc içindədir.
Çox ağır şəraitdə yaşayan aztəminatlı ailəyə artıq dördotaqlı ev tikilir.
“12 il burada çox əziyyət çəkdim. Sanki təzədən anadan olmuşam. İnşallah, təzə evdə uşaqların toyunu görərəm”, - ailə üzvlərindən Rəisə Allahverdiyeva deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində ailənin acınacaqlı vəziyyətdə yaşaması ictimailəşdirilmişdi.
Bundan sonra xeyriyyəçi insanlar dörd uşağı olan Allahverdiyevlərə dəstək olublar. Tikintini aparan şəxs isə bildirib ki, qısa müddət ərzində ev tikilib, əşyaları ilə birlikdə ailəyə təhvil veriləcək.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
