Araz çayı üçün yeni təhlükə var - "Ermənistan bu addımı məqsədli şəkildə atır" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Vedi çayı üzərində tikdiyi su anbarı Arazda suyun səviyyəsinin kəskin azalmasına səbəb olacaq.
BAKU.WS Xezer TV-yə istinadən xəbər verir ki, tutumu 32 milyon kubmetr olan anbarın inşası 2023-cü ildə yekunlaşacaq.
Layihənin icrası üçün Fransa İnkişaf Agentliyi Ermənistana 20 milyon avro kredit ayırıb.
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov qeyd edib ki, Vedi çayının Araz çayını qidalandıran əsas mənbələrdən biri olduğunu nəzərə alsaq, belə bir layihənin icrası regionun su təhlükəsizliyi üçün risk yaradır.
Səid Səfərov bildirib ki, bununla əlaqədar beynəlxalq təşkilatlara müraciət etmək lazımdır.
Hidrobioloq Saleh Əliyev isə vurğulayıb ki, Ermənistan bu addımı məqsədli şəkildə atır.
Qeyd edək ki, Ermənistan region ölkələri üçün həm içməli su, həm də suvarma mənbəyi rolu oynayan Araz çayına qarşı illərdir ekoloji terror törədir. Araz çayına tökülən Oxçuçaya Ermənistan ərazisindəki sənaye müəssislərindən çirkab axıdılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...