Alimpaşa Məmmədov kəndlilərə nə suyu içirirdi? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun çoxşaxəli biznesinə aid müəssisələrdən biri rayonun Mehrili kəndində, olduqca gözəl təbiətə malik, qayaların əhatəsindədir.
Söhbət farel balıqlarını istehsal edən “Azfarel” müəssisəsindən gedir. Seyfəli kəndində yerləşən balıq vətəqəsində də vəziyyət maral fermasından fərqlənmir.
Alimpaşa Məmmədovun ailəsinə məxsus balıq təsərrüfatı tikiləndən sonra yaxın kəndləri illərlə iflic vəziyyətinə salıb. Belə ki, müəssisədən axan sular yaxınlıqda olan 10 kəndin istifadə etdiyi içməli suya qarışır. Balıq iyi verən sulardan isə sadə kəndli istifadə edə bilmir.
Qeyd edək ki, Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən Şəmkir Balıq Zavodunun mayın 25-də keçiriləcək hərraca çıxarılacağı bildirilir.
Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş sabiq başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...