Alıcı üzünə həsrət qalan məşhur Quba alması - VİDEO

Alıcı üzünə həsrət qalan məşhur Quba alması - VİDEO
Video
Video 168

Quba bağlarında kütləvi alma yığımına başlanılıb.

Bağlarda daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrenni smit”, “Fuji” sortlarına üstünlük verirlər. Bu il əksər təsərrüfat sahibləri yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə üstünlük veriblər.

Ötən ildən fərqli olaraq məhsuldarlıq da boldur. Amma fermerləri narahat edən məqamlar da var. Fermerlər alıcı azlığından və məhsula təklif olunan qiymətin aşağı olmasından narazıdırlar. Hazırda soyuducu anbarlarda da məhsul ötən illə müqayisədə aşağı qiymətə satılır. Amma satışla məşğul olan sahibkarlar almanın qiymətinin bir müddətdən sonra qalxacağını istisna etmirlər.

Qeyd edək ki, Qubada 14 min hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Hər il bu bağlardan 120-130 min ton məhsul toplanır. Bu il isə 140-150 min ton məhsul gözlənilir. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək.

Ətraflı Baku TV-nin süjetində:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məhsul baha olsa da, fermerlər niyə narazıdır? - VİDEO

Məhsul baha olsa da, fermerlər niyə narazıdır? - VİDEO

Alması ilə məşhur olan Qubada son illər gilas bağlarının da sayı artıb. Ötən il bu bağlardan 5 345 ton məhsul yığılıb. Hər hektara düşən məhsuldarlıq ümumilikdə...

154 Video 17:57 14 iyun 2022

Son xəbərlər