Qoruğa yerləşdirilən ayının görmə qabiliyyətində problem var - VİDEO

Altığac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Reabilitasiya mərkəzinə gətiriləndə başında yara var idi.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin rəis müavini Arzu Səmədova BAKU.WS-ə bildirib.
“Baytar tərəfindən müayinə olunub, yarası lazımi dərman preparatları ilə müalicə olunur. Artıq iki gündə yarada müsbət mənada fərq müşahidə olunur. Bu erkək fərd güman olunur ki, digər bir ayı tərəfindən yaralanıb. Çünki başındakı yara caynaq izidir. Heyvanın instinktləri tam olaraq yerindədir. Sadəcə aldığı yaradan görməsində problem var. Baytar nəzarətində olan bu heyvan bir müddət reabilitasiya mərkəzində qalıb, reabilitasiya keçəndən sonra yalnız mütəxəssis rəyindən sonra təbiətə buraxılacaq”, - deyə Arzu Səmədova bildirib.
Oxşar xəbərlər
Şəhər mərkəzində görüntülənən ayı işgəncələrə məruz qalıb? - AÇIQLAMA
Dünən Şəkidə şəhər mərkəzində ayı görüntüləndiyinə dair məlumat yayılıb. Nazirlik ayının zərər görmədən təbiətə qaytarılması üçün müvafiq tədbirlər görüb. Maraq...