"20 gündür uşaqlarım acdır" deyən Aygünün hər kəsi üzən çətin həyatı - VİDEO

İctimai TV əməkdaşları 2 uşaq anası Aygünün evinə qonaq olublar.
BAKU.WS xəbər verir ki, sosial şəbəkədə yayılan videodan sonra böyük diqqət çəkən xanım çox çətin şəraitdə yaşayır.
200 manat aliment alan qadın pulun 170 manatını kirayə haqqı üçün ödəyir. Gənc qadının heç bir yerdən gəliri yoxdur.
Aygün uşaqlarını sağlam böyütmək istədiyini deyir. Gələcəyin əsgərini böyütdüyünü deyən qadın yardıma möhtac qaldığını bildirib.
Qeyd edək ki, Aygünün "20 gündür uşaqlarım acdır" sözlərindən sonra sosial şəbəkələrdə böyük səs-küy yaranıb. Fitnes ustası Kamil Zeynallı həmin qadını taparaq ona yardım edib.
Oxşar xəbərlər
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ - VİDEO
Kirayə ilə ev almaq dövrü başladı. BAKU.WS "marja"ya istinadən xəbər verir ki, elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq. Müra...
