VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Qeyd edək ki, Namiq Eyyubov Qusarda xidmət başında olarkən spirtli içki qəbul edibmiş. 

Ziya SƏCCAD
BAKU.WS
VİDEO