VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, ölkə başçısı rəsmi “Facebook” səhifəsində Xocalı soyqırımı ilə bağlı video paylaşıb. Paylaşıma “Ədalət zəfər çalacaq” şərhi verilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəsmi “İnstagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir:

“Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir.

Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq.

Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Xocalı soyqırımının 28-ci ilinə həsr olunmuş video paylaşıb.

Video Bakı Media Mərkəzi tərəfindən hazırlanıb.

#JusticeForKhojaly həştəqi ilə yerləşdirilən videoda bir qadının dilindən Xocalı soyqırımının bütün dəhşəti öz əksini tapıb.

BAKU.WS
VİDEO

VİDEO