Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu dəfn olunub.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, şəhid Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ermənistan silahlı qüvvələrinin fevralın 24-də sərhəddə törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi başlayıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, vida mərasimi İ.Vəliyevin böyüdüyü Zərdab rayonunda keçirilir. Mərasimdə rəsmi şəxslər, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və digər ictimai nümayəndələr iştirak edirlər.

Şəhidin cənazəsi Zərdab rayonunun Gəlmə kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.

BAKU.WS
VİDEO

QALEREYA