SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər TV-də "Səni axtarıram" verilişində qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, proqram vasitəsilə atasına qovuşan 24 yaşlı Müşfiqin bibiləri efirə gələrək etiraz ediblər.

Bu illər ərzində anası Müşfiqə atası barədə heç bir məlumat verməyib. Efirə gələn bibilər fiziki məhdudiyyətli qardaşının oğlunu qəbul etməyiblər və Müşfiqin anasına qarşı sərt ittihamlar səsləndiriblər.

"Bu qadın çox pis gəlin idi. Yataq xəstəsi olan anamı döyürdü. Qardaşımı da götürüb fermaya işləməyə getdilər. Uşaq mənim qardaşımdan deyil, orada kimdənsə hamilə qalıb. Bu qadın fermaya gedib, gələndən sonra uşağa qaldı", - deyən bibilər keçmiş gəlinlərini qardaşlarına xəyanət etməkdə günahlandırıblar.

Məsələnin bu həddə çatması DNT analizinin keçirilməsini vacib edib. Hər iki tərəf atalığın müəyyən edilməsi üçün analizin keçirilməsini tələb edib.

Aysel
BAKU.WS
VİDEO