Ədalət Şükürov BNA-nı sərt tənqid etdi: “Mərkəzdə fırlanıb pul yığırlar” - VİDEO
Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini (BNA) sərt şəkildə tənqid edib.
BAKU.WS xəbər verir ki, müğənni bu barədə video çəkərək “İnstagram” hesabında paylaşıb.
Müğənni bildirib ki, yol hərəkətinə nəzarət BNA-ya veriləndən sonra pisləşib.
“Əziz dostlar, mən yarım saat "20 Yanvar" dairəsində tıxacda idim. Bakı Nəqliyyat Agentliyi təzə bir “yem” tapıb.
Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.
Mən bilmirəm, BNA nə ilə məşğuldur. Onları bir dəfə də olsun "20 Yanvar" dairəsində görməmişəm.
Sağ olsunlar, Dövlət Yol Polisi həmişə burda fəaliyyət göstərir. Onlar olmasa nə olar? BNA ancaq pul yığır”, - deyə Ədalət Şükürov videoda bildirib.
Həmin videonu təqdim edirik.
Oxşar xəbərlər
Ədalət Şükürov: Açığı deyim, bir az utandım... - VİDEO
Əməkdar artist Ədalət Şükürov yerli telekanallarda yaşanan qalmaqallardan narazılığını dilə gətirib.BAKU.WS xəbər verir ki, Nuranə Gülərin Lider TV-də təqdim e...