Ədalət Şükürov: “Çox narahatam, ona görə göstərmirəm” – VİDEO
05
noy
2018
10:52
ARB TV-nin “Boş anlar” verilişinin növbəti qonağı əməkdar artist Ədalət Şükürov olub.Əməkdar artist ailədə çox ciddi biri olduğunu deyib:“Mən həmişə demişəm ki, səhnədə artist olmaq lazımdır, həyatda yox. Bir çoxu həyatda da artistliyi davam edir. Mən ailədə çox ciddi bir insanam. Müğənnilər öz övladlarının və həyat yoldaşlarınıb rəsimlərini paylaşırlar. Mən göstərmirəm və göstərmək də fikrim yoxdur. Çünki mən istəmirəm ki, məni və mənim ailəmi tanımayan hansısa cılız, özünə hörmət etməyən bir adam “İnstagram”da nəsə bir şəy yazsın. Açığı mən sosial şəbəkələrdən çox narahatam. Ona görə nə mənim nə də ailəmin orda yeri yoxdur”.BAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist Xankəndidə avtobusdan istifadə etdi
Əməkdar artist Ehtiram Hüseynov yeni görüntüləri ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə Xankəndidə avtobusda çəkilən videosunu paylaşıb. ...