Çində yayılan koronavirus bütün ölkəni iflic edib. 

BAKU.WS xəbər verir ki, insanlar üz maskası tapa bilmək üçün sözün əsl mənasında bir-biri ilə döyüşür. 

Həddən artıq tələbat olduğu üçün maska qıtlığı yaranıb. Bu cür vəziyyətdə bir gəncin polislərə etdiyi jest görənləri heyrətə gətirib. 

Polis bölməsinin müşahidə kamerasına düşən görüntülər insanları kövrəldib. Belə ki, gənc oğlan 500 ədəd maskanı gətirib polislərə verərək ərazidən dərhal uzaqlaşıb. Bunu görən polislər oğlana etdiyi yaxşılığa görə hərbi salam veriblər. 

Video qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. 

BAKU.WS
VİDEO